“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında “PSJ”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis rəqibinin güclü olduğunu bildirib.
“Mən Motta, Maksvell və İbrahimoviçlə işləmişəm. Onlar hamısı “İnter”də oynayıblar” -deyə, Mourinyo xatırlayıb: “İbrahimoviç xüsusi oyunçudur. O, bütün Milli çempionatlarda qalib olub və indi də Çempionlar Liqasında qalib olmaq istəyir. Bu onun arzusudur və o, arzusunu yerinə yetirmək üçün hər şeyi edəcək. Bu da İbrahimoviçi daha təhlükəli edir. “PSJ”nin Çempionlar Liqasında təcrübəsi azdır. Amma onun keyfiyyətli heyəti və çox gözəl hücum qrupu vacib məsələdir. Şansımız 50/50-dir”.