Mourinyodan hakimə etiraz: Sirk göstərirsən
05.08.2014 - 02:31
Mourinyodan hakimə etiraz: Sirk göstərirsən

Almaniyanın “Verder” klubu ilə yoldaşlıq görüşündə 3:0 hesabı ilə məğlub olan “Çelsi”nin baş məşqçisi Joze Mourinyo hakimə hirslənib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis onu “sirk göstərməkdə” ittiham edib.

 

Mourinyo hazırlıq oyunlarını komandanı yoxlamaq üçün keçirildiyini bildirib: “Bu oyunda heç nə öyrənə bilmədim. Gözlənildiyimiz alınmadı. Biz bura futbol oynamağa gəldik, son vəziyyətimizi öyrənməyə gəldik. Hakimin başında isə başqa fikirlər dolaşırdı. Oyunun Bremendə keçirilməsinin ləzzətini gördük. Hakimə azarkeşlər üçün sirk göstərirdi. Bu oyun bizim üçün gözəl fürsət ola bilərdi…”

 

Mourinyo eyni zamanda “Verder”in ünvanına tərif də yağdırıb: “Bu komanda mənim sevdiyim komandadır. Sürətli futbol oynayırlar. Müdafiədə də gözəl oyun göstərirlər. Rəqiblə baş-başa oyun oynamaq istəyirdik. Amma hakim imkan vermədi”.

 

Qeyd edək ki, “Çelsi”yə geri dönən Tibo Kurtua və Didye Droqba bu matçda 45 dəqiqə meydanda olublar.