“Çelsi”nin baş məşqçisi Joze Mourinyo son zamanlar tənqid obyektinə çevrilən Məsud Özilə dəstək verib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Özilin etibara ehtiyacı olduğunu vurğulayıb.
Mourinyo türk əsilli futbolçunu tənqid etməyin çətin olduğunu vurğulayıb: “Çünki o, Özildir. Əgər siz ondan superaqressiv oyun gözləyirsinizsə, əgər onun ora-bura qaçacağını gözləyirsinizsə, onda o, Məsud deyil. Əgər siz ondan əla ötürmə gözləyirsinizsə - elə bir ötürmə ki, top normal sürətlə düz istiqamətə doğru uçacaq və rahatca yerə düşəcək – onda o, Məsuddur. O, tez yaralanan oğlandır. Ona etibar etmək lazımdır. O hiss etməlidir ki, insanlar onunladır”.
Xatırladaq ki, Özil “Real Madrid”də Mourinyonun başçılığı altında oynayıb.