“Çelçi” orta xətti gücləndirmək üçün “Hamburq”un türk əsilli futbolçusu Hakan Çalhanoğlunu istəyir. Apasport.az saytının məlumatına görə, portuqaliyalı baş məşqçi türk yarımmüdafiəçinin oyununu çox bəyənib.
“Hamburq” forması ilə çox gözəl oyun nümayiş etdirən və qollar vuran Hakan Çalhanoğlu Almaniyadan kənarda da diqqəti cəlb edib. Artıq onunla Avropanın bir neçə böyük klubunun maraqlandığı bildirilir. “Qalatasaray”ın da almaq istədiyi futbolçu üçün daha bir müştəri çıxıb. Alman klubunun müqaviləsini yenicə uzatdığı Hakanı “Çelsi” də istəyir.
“The Sun” qəzetinin yazdığına görə, London klubu yaşlanmağa və ağır oyun nümayiş etdirməyə başlayan orta sahəni gəncləşdirmək niyyətindədir. “Yeni Məsut Özil” adlandırılan 20 yaşlı Hakan Çalhanoğlunun “Çelsi”nin orta sahəsinə əsas namizədlərdən biri olduğu iddia edilir.