“Çelsi”nin baş məşqçisi Joze Mourinyo 7 il əvvəl İngiltərə millisinə başçılıq etmək şansının yarandığı barədə danışıb. Apasport.az saytının məlumatına görə, ona həyat yoldaşı bu postu tutmağa mane olub.
2007-ci ildə Avropa çempionatına kvalifikasiyanı keçə bilməyən İngiltərə yığmasının baş məşqçisi Stiv Maklaren vəzifəsindən azad edilib. İngiltərə Futbol Assosiasiyası bu posta Joze Mourinyonu dəvət etmək istəsə də, son nəticədə baş məşqçi postunu Fabio Kapello tutub.
Moruniyo bu postu tutmağa həddən artıq yaxın olduğunu bildirib: “Amma həyat yoldaşım məni fikrimdən daşındırdı. Bu, doğru qərar idi. Matilda haqlı çıxdı. O mənə dedi ki, böyük turnirdə iştirak etmək üçün 2 il gözləyə bilmərəm. Mən həyatımın 2 ilini Qazaxıstan və San-Marinoya qarşı oyuna sərf edə bilməzdim. Lempard, Terri, Koul məni aktiv şəkildə yığmaya çağırırdılar. Digər komandaların oyunçuları da məni millinin baş məşqçisi görmək istəyirdilər. Bütün bunlar 7 il əvvəl olub. Əminəm ki, bu mənim işim deyildi. Hələ daha 7 il mənim işim olmayacaq. Bəlkə, 15 il sonra oldu. Amma yaxın 7 ildə olmayacaq”.