Mourinyudan Mançiniyə qarşı kobudluq
19.03.2014 - 04:41
Mourinyudan Mançiniyə qarşı kobudluq

 

 

Həmkarlarına qarşı kobudluğu ilə məşhur olan “Çelsi”nin baş məşqçisi Joze Mourinyu yenə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, Mourinyu “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini ilə görüşməkdən imtina edib.

 

Matçdan cəmi bir gün əvvəl Mançinin birgə şam etmək təklifini rədd edərək “eyni işi görürük deyə, bir süfrə arxasında oturmaq məcburiyyətində deyilik” deyən portuqaliyalı mütəxəssis oyun günü də italiyalı həmkarına qarşı kobudluq edib. Qarşılaşmadan öncə Mançininin yanına getməyən Moruniyo, oyun bitəndən sonra da onunla danışmadan soyunma otağına gedib. Əvəzində isə onun “Qalatasaray”ın köməkçi məşqçisi Tuqay Kərimoğlu ilə söhbət edərək zarafatlaşması diqqətdən yayınmayıb.