"Qarabağ” çox yaxşı komandadı. Burdan bir xalla döndüyümüz üçün sevinirәm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sent-Etyen”in futbolçusu Mövlud Ərdinç deyib.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk görüşündə bu gün Bakıda “Sent-Etyen”lə qarşılaşıb.
Qolsuz bərabərliklə başa çatan matçdan son türkiyəli futbolçu fikirlərini bildirib: “Rəqibin başqa oyunlarını izlәmişdik. Yaxşı komanda olduğunu bilirdik. Amma matçlarını izlәmәdәn öncә düşünürdüm ki, Azәrbaycandan çox rahatca 3 xalla dönәcәyik. Lakin belә olmadı. "Qarabağ"ın hücum xәttindә olan Reynaldo çox tәhlükәli futbolçu idi. Buna görә müdafiәyә oturduq vә 1 xalı haqq etdiyimizi düşünürәm. Bakı vә Azәrbaycan gözәldi. Stadiondan da xoşum gәldi”.
Ərdinç azarkeşlər haqqındada xoş sözlər deyib: “Azarkeşlәr dә möhtәşәm idi. Burada özümü Türkiyәdәki kimi hiss edim. Amma bu mәnim Azәrbaycana ilk gәlişim deyil. Öncə gәnclәr yığmasının heyətində Bakıda olmuşdum ”.
ELSEVƏR MƏMMƏDOV