Həftəsonu Topaz Premyer Liqasında yeni mövsümə start veriləcək. Apasport.az saytının məlumatına görə, avqustun 9-10-da keçiriləcək ilk turun hakim təyinatları açıqlanıb.
Mövsümün start fitini Orxan Məmmədov çalacaq. Referi turun açılış matçı olan “Bakı” – “Simurq” görüşündə fit çalacaq.
Topaz Premyer Liqası
I tur
9 avqust (şənbə)
18:00. “Bakı” – “Simurq”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Fərid Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
20:00. AZAL – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
“AZAL Arena”
10 avqust (bazar)
18:00. “Araz Naxçıvan” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Naxçıvan Muxtar Respublika stadionu
20:00. “İnter” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev
“Inter Arena” stadionu
20:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov
“Kapital Bank Arena”
Mənbə: pfl.az