Lənkərandakı ilk oyununun vaxtı açıqlandı
12.08.2014 - 11:35
Lənkərandakı ilk oyununun vaxtı açıqlandı

 

Topaz Premyer Liqasının II turunun “Xəzər Lənkəran” – “Sumqayıt” oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avqustun 16-da baş tutacaq görüşün başlama saatı açıqlanıb.

 

Lənkəran təmsilçisinin mövsümdəki ilk ev matçı saat 20:00-da başlayacaq. Bu qarşılaşma Lənkəran şəhər mərkəzi stadionunda baş tutacaq.