[b]Mozambik Azərbaycan yığmasının potensial rəqibi oldu[/b]
25.04.2016 - 09:21
[b]Mozambik Azərbaycan yığmasının potensial rəqibi oldu[/b]

Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub. Apasport.az saytının məlumatına görə, Afrika Millətlər Kubokuna yekun vurulduqdan sonra qitənin mindialdakı 3-cü təmsilçisi müəyyənləşib.

 

III yer uğrunda qarşılaşmada Zambiyanı məğlub edən Mozambik həm bürünc medala yiyələnib, həm də Kolumbiyadakı yarışa vəsiqə əldə edib. Onlar 5:5 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında üstün olub – 2:1. Bununla da Mozambik yığması qitə çempionatının finalçıları Mərakeş və Misirin ardından mindiala yüksəlib.

 

Beləliklə, sentyabrın 10-dan oktyabrın 1-dək keçiriləcək final mərhələsinə vəsiqə qazananların sayı 20-yə çatıb. Meydan sahibi Kolumbiya ilə yanaşı, son dünya çempionu Braziliya, həmçinin Argentina, Paraqvay Cənubi Amerikanı, Özbəkistan, İran, Tailand, Avstraliya, Vyetnam Asiyanı, Solomon adaları Okeaniyanı, Misir, Mərakeş, Mozambik Afrikanı, Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, İspaniya, Portuqaliya, İtaliya Avropanı təmsil edəcək. Qrup mərhələsində Azərbaycan millisinin potensial rəqiblərinin sayı isə 19-du.  Munaidlın son 4 iştirakçısı 4-ü KONKAKAF zonasını təmsil edəcək.

 

 

0