Müdafiəçimizin baş məşqçisi “nigah”ı təzələdi
03.02.2015 - 23:09
Millimizin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB"in baş məşqçisi Hakan Kutlu komandası ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssis PTT I Liqası təmsilçisi ilə 1 illik “nigah” bağlayıb.
O, 2016-cı ilə qədər Qaziantep klubuna rəhbərlik edəcək.
Qeyd edək ki, Hakan Kutlu 2014-cü ilin oktyabr ayından "Qaziantep BB"ni çalışdırır.
0
0