Müller ABŞ-la oyuna çıxacaq
22.06.2014 - 15:42
Müller ABŞ-la oyuna çıxacaq

 

Almaniya millisinin hücumçusu Tomas Müllerin zədəsi ciddi deyil və o, ABŞ-la oyuna çıxacaq. Apasport.az saytının məlumatına görə, bunu yığmanın meneceri Oliver Birxoff bildirib.

 

Almaniya və Qana milliləri G qrupunun ikinci matçında xalları bölüblər. Tomas Müller isə sonuncu dəqiqədə qanalı Con Boyla toqquşaraq, ciddi zədələnib.

 

Birxoff zədənin Müller üçün problem olmadığını vurğulayıb: “Növbəti oyunda Müllerin heç bir problemi olmayacaq. O, güclü futbolçudur və hazır olacaq”.