Mündialın ən qeyri-effektiv hücumçuları və effektiv qapıçıları
04.07.2014 - 04:35
Mündialın ən qeyri-effektiv hücumçuları və effektiv qapıçıları

 

Braziliya və Nigeri millilərinin hücumçuları Halk və Emmanuel Emmenike dünya çempionatının ən qeyri-effektiv hücumçuları sayılıblar. Apasport.az saytının məlumatına görə, hər iki futbolçu qapıya 11 zərbə endirsə də, bir dəfə belə qol vura bilməyiblər.

 

Nigeriya millisinin havbeki Oqeni Onazi də eyni göstəriciyə malikdir. Siyahıya argentinalı Qonsalo İquain (8 zərbə), alman Toni Kroos (8), belçikalılar Eden Azar (7) və Aksel Vitsel (7) də daxil edilib.

 

Hələlik bombardirlərin siyahısına Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes başçılıq edir. O, 5 qol vurub.

 

Qapıçıların yarışında isə amerikalı Tim Hovard şəksiz liderdir. O, 29 seyv edib. Onun ardınca əlcəzairli Rais Mboli (23) və nigeriyalı Vinsent Enyema (22) gəlir.

 

Mundialın sürprizlərindən sayılan meksikalı qapıçı Qilyermo Oçoa isə cəmi 9 seyv edib. O, bu göstəriciyə görə dünya çempionatının ən uğursuz qapıçısı sayıla biləcək rusiyalı İqor Akinfeyevə (12) uduzur. Maraqlıdır ki, Almaniya millisinin qapıçısı Manuel Noyerin hesabında da 12 seyv var.