Mundialın ən yaxşı oyunçusu adına namizədlər iyulun 11-də açıqlanacaq
03.07.2014 - 06:39
Braziliyada keçirilən dünya çempionatının ən yaxşı oyunçuları adlarına namizədlər gələn həftə açıqlanacaq. Apasport.az saytının məlumatına görə, turnirin texniki komitəsi ən yaxşı qapıçı, ən yaxşı gənc oyunçu və ən yaxşı oyunçu adlarına namizədləri elan edəcək.
Bu barədə Rio-de-Janeyroda keçirilən brifinqdə bildirilib. Qaliblərin adı isə final matçından dərhal sonra məlum olacaq. Final iyulun 14-də Bakı vaxtı ilə saat 00:00-da “Marakana” stadionunda baş tutacaq.
0
0