Murad Yakın “Spartak”la anlaşdı
15.06.2014 - 18:14
Murad Yakın “Spartak”la anlaşdı

 

İsveçrənin “Bazel” futbol klubunun keçmiş baş məşqçisi Murad Yakın Moskva “Spartak”ı ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, bu barədə “Basler Zeitung” qəzeti məlumat verib.

 

Türk əsilli isveçrəli mütəxəssis sabah “Spartak”ın yeni baş məşqçisi kimi oyunçulara və jurnalistlərə təqdim ediləcək. Yakın dünən məzuniyyətini keçirdiyi İspaniyada olub. Bu gün isə müqavilə bağlamaq üçün Moskvaya uçub.

 

Hələlik müqavilənin şərtləri açıqlanmır. Bundan əvvəl türk mütəxəssisin “Spartak”la “2+1” sxemi ilə müqavilə imzalayacağı bildirilirdi.

 

Qeyd edək ki, Yakının adı Türkiyənin “Qalatasaray” klubu ilə də çəkilirdi. Bəzi məlumatlara görə, Murad Yakın baş məşqçi Roberto Mançininin istefasından dərhal sonra danışıqlar aparmaq üçün İstanbula uçub.