Muslera rədd etdi: Ayrılmıram
26.04.2014 - 00:28
“Qalatasaray”ın qapıçısı Fernando Muslera mövsümün sonunda komandadan getməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, uruqvaylı futbolçu xəbəri təkzib edib.
Muslera “Twitter”dəki səhifəsində “Qalatasaray”dan ayrılmaq xəbərinin yalan olduğunu bəyan edib: “Komandadan ayrılmaq istədiyim barədə iddialar tamamilə yalandır. Tərəfdarlarımızı bu xəbərə inanmamağa çağırıram”.
0
0