Oğuz Çətin: Azarkeşlərə zövq verən komanda gördük
02.05.2014 - 19:45
Oğuz Çətin: Azarkeşlərə zövq verən komanda gördük

 

“Xəzər Lənkəran” klubunun məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının XXXIII turunda “Rəvan” üzərində böyük hesablı qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis oyunçulardan razı qaldığını bildirib: “Premyer Liqada və kubokda istədiyimiz yerdə olmadığımız üçün komandada və klubda əhval-ruhiyyə aşağıdır. Ancaq bizim vəzifəmiz qarşıdakı 4 oyunda qələbə qazanmaq və çempionatı yüksək əhvalda bitirməkdir. “Rəvan”la oyuna ciddi hazırlaşdıq. Məşqlərdə üzərində işlədiyimiz tapşırıqları futbolçular lazımınca yerinə yetirdikləri üçün məmnunam. Oyun boyu intizamı saxladıq. Oyuna hakim  olan, dəqiq ötürmələr verən, həm oyundan zövq alan, həm də oyunu ilə azarkeşlərə zövq verən bir komanda gördük bu gün. 4-0 hesablı qələbə qazandıq, buna görə çox şadam. Eyni ciddiyyəti və qələbə əzmini qarşıdakı oyunlarda da göstərəcəyik”.