Mustafa Dənizli: İddiamız yoxdur
23.03.2014 - 19:35
Mustafa Dənizli: İddiamız yoxdur

 

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Denizli ev oyununda “Simurq”a məğlubiyyətlərini şərh edib. Apasport.az saytının məluumatına görə, Dənizli oyunun istənilən səviyyədə alınmadığından gileylənib: “Bəsit qollar buraxdıq, məğlub olduq. Çempionatda elə də ciddi iddiamız yoxdur. Əsas diqqətimizi kubok oyunlarına yönəltmişik. Lakin Premyer Liqada da baxımlı oyun göstərməliyik. Bunun üçün çempionatda bütün rəqiblərimizə müqavimət göstərməliyik”.