Mustafa Dənizli: Mənim 2 komandam var
09.06.2014 - 15:48
Mustafa Dənizli: Mənim 2 komandam var

“Qalatasaray”ı növbəti mövsüm hansı mütəxəssisin çalışdıracağı hələ bilinmir. Apasport.az xəbər verir ki, komandanın “sükanı arxası”na keçəcək namizədlərdən biri də “Xəzər Lənkəran”dan ayrılan Mustafa Dənizlidir.

 

Təcrübəli məşqçi sabiq komandasını yenidən çalışdıra bilər. Dənizli özü də Türkiyə mətbuatına verdiyi açıqlamada bunu inkar etməyib: “Mənim 2 komandam var. Bunlardan biri “Altay”, biri də “Qalatasaray”dır. İstanbul klubunda 8 il işləmişəm. Biz bu klubda yetişmişik. Əlbəttə ki, “Qalatasaray” mənim üçün önəmli komandadır. Xeyirlisi, görək nə olacaq”.