Mustafa Dənizli: Penaltilərdən yaxa qurtara bilmirik
12.04.2014 - 16:39
Mustafa Dənizli: Penaltilərdən yaxa qurtara bilmirik

“Bu gün çox maraqlı oyun alındı. İstər qollar, istərsə də mübarizə baxımından azarkeşlər maraqlı oyun izlədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.

Türkiyəli mütəxəssis Topaz Premyer Liqasının XXX turunun “Bakı” ilə səfər oyunu haqda fikirlərini açıqlayıb: “Artıq neçənci dəfədir penaltilərdən yaxa qurtara bilmirik. Ümid edirəm ki, bu oyun sonuncu belə matç olacaq. Bu gün əsas heyət oyunçularına ona görə istirahət verdim ki, mövsümün startından komandanın yükünü daşıyıblar. Qarşıdakı kubok matçı hər iki komanda üçün çox vacibdir”.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın 2:0 hesabı ilə öndə olduğu qarşılaşma hakimin bakılıların lehinə verdiyi 2 penalti qərarından sonra bərabərliklə başa çatıb – 2:2