Mustafa Dənizli qayıdır
08.05.2014 - 14:18
2 həftə öncə səhhətində yaranan problemlə bağlı Türkiyəyə yollanan “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli bu gün Bakıya qayıdacaq. Apasport.az xəbər verir ki, İstanbulda müayinə olunmaqla yanaşı, həm də komandanın sahibi Mübariz Mənsimovla görüşən mütəxəssis yaxın günlərdə mətbuat konfransı keçirməyi planlaşdırır.
0
0