Nadir Qasımov almanları məyus etdi
28.04.2014 - 09:34
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri “Vehen vizbaden" klubunun U-17 komandası ilə qarşılaşıb.
Millimiz bu görüşdə 2:1 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Nadir Qasımov və Renat Dadaşov vurublar.
0
0