Nani avtomobil qəzasına düşdü
24.09.2014 - 23:01
Nani avtomobil qəzasına düşdü

"Mançester Yunayted" yarımmüdafiəçisi Nani avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, icarə əsasında “Sportinq”də çıxış edən 27 yaşlı futbolçu Lissabonda məşqə gedərkən bədbəxt hadisəylə üz-üzə qalıb.

 

Portuqaliyalı oyunçunun avtomobili qarşıdan gələn avtomobilə çırpılıb. Sükan arxasında olan Nani xoşbəxtlikdən ciddi xəsarət almayıb.

 

Qeyd edək ki, yayda “Sportinq”ə keçən Nani klubunda 4 oyunda meydana çıxıb və rəqib qapılarından 1 top keçirib.