İspaniya çempionatının autsayderi olan “Qranada” qanında kokain tapılan futbolçunu komandadan qovur. Apasport.az saytının məlumatına görə, artıq komandanın hüquqşünasları bununla bağlı göstəriş alıblar.
Xatırladaq ki, “Qranada”nın yarımmüdafiəçisi Dani Benites fevralın 16-da keçirilən oyundan sonra dopinq-test üçün qan nümunəsi verib. Amma onun qanında dopinq deyil, kokain tapılıb.
Hələlik dopinq-testin B nümunəsi açıqlanmasa da, klub rəhbərliyi onunla müqaviləni pozmaq qərarını qətiləşdirib. “Qranada”nın prezidenti Kike Pina Benitesin qovulacağını bildirib: “Mən öz klubumda belə bir şeyə dözmərəm”.