Navas rəsmən “Real”da
04.08.2014 - 19:31
Navas rəsmən “Real”da

 

İspaniyanın “Levante” klubunun və Kosta-Rika yığmasının qapıçısı Keylor Navas “Real Madrid”ə keçib. Apasport.az saytının məlumatına görə, bu barədə kral klubunun rəsmi saytında açıqlama verilib.

 

27 yaşlı qapıçı ilə 6 illik müqavilə imzalanıb. Hələlik müqavilənin maliyyə tərəfi açıqlanmır. Futbolçu avqustun 5-də “Santyaqo-Bernabeu” stadionunda təqdim olunacaq. Navas qapıda tezliklə “Monako”ya keçəcəyi gözlənilən Dieqo Lopesi əvəz edəcək.

 

Futbolçu ötən mövsüm “Levante”nin heyətində 37 oyuna çıxıb və 39 qol buraxıb. O, 17 oyunda qapısını “quru” saxlaya bilib.