Neymar İspaniya Superkubokuna yetişəcəkmi?
14.08.2015 - 12:13
“Barselona” hücumçusu Neymarla bağlı üzücü xəbər alıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, braziliyalı ulduz futbolçu daha bir müddət komandasına kömək edə bilməyəcək.
Xəstəliyi ucbatından Avropa Superkubokunda “Sevilya” ilə (5:4) qarşılaşmanı buraxan Neymarın İspaniya Superkubokunda da oynamayacağı dəqiqləşib.
Klubun həkimləri 23 yaşlı oyunçunun həm bu gün Bilbaodakı, həm də avqustun 17-də Barselonadakı qarşılaşmanı buraxacağını açıqlayıblar.
0
0