Nazarov 120 dəqiqə oynadı, Bundesliqa arzusu reallaşmadı
02.06.2015 - 07:31
Nazarov 120 dəqiqə oynadı, Bundesliqa arzusu reallaşmadı

Almaniya çempionatında Bundesliqaya vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” öz meydanında “Hamburq”la qarşılaşıb.

 

Səfərdəki ilk oyunda 1:1 hesablı heç-heçəyə nail olan Karlsruenin eyniadlı təmsilçisi öz meydanında şanslı tərəf sayılsa da, bundan yararlana bilməyib. Düzdü, meydan sahibləri 78-ci dəqiqədə Yabonun qolu ilə önə keçib.

 

Lakin “Hamburq” əsa vaxtın son dəqiqəsində Diasın qoluyla xilas olmağa bacarıb. Bundesliqada oynayacaq komandanın adına əlavə vaxt aydınlıq gətirin. 115-ci dəqiqədə fərqlənən Nikolay Müller “Hamburq”a qələbə qazandırıb. Bununla da onun komandası Bundesliqada yerini qoruya bilib.

 

Start heyətində meydana çıxıb, 120 dəqiqə mübarizə aparan Nazarovun komandası isə buraxılan ikinci qoldan sonra çətin vəziyyətə düşüb. Bundesliqaya vəsiqə üçün 2 qola ehtiyacı olan “Karlsrue” son dəqiqədə penaltidən də yararlana bilməyib. Nazarov isə görüşün 120-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.