Nazarov milliyə məğlubiyyətlə, İlter qələbə ilə qoşuldu
05.10.2014 - 18:10
Nazarov milliyə məğlubiyyətlə, İlter qələbə ilə qoşuldu

Almaniyanın Regional Liqasında XI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Taşkın İlterin formasını geyindiyi Braunşveyq "Ayntraxt"ının U-23 komandası "Havelse"ni qonaq edib.  

 

Qarşılaşmada ev sahibləri 3:1 hesablı qələbə qazanıb. Kamandasının 3 xal qazandığı görüşdə Taşkın meydana 89-cu dəqiqədə Orhan Ademinin yerinə daxil olub.

 

Almaniyanın II Bundesliqasının IX turun oyunlarında isə digər təmsilçimizin komandası məyus olub.

 

Belə ki, millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Karlsruher" evdə "Kayzerslautern"ə  2:0 hesabı ilə uduzub. Nazarov isə 46-cı dəqiqədə meydana çıxıb. Millimizin üzvü Filpp Klinqmannı əvəzləyib.

 

Qeyd edək ki, hər iki oyunçumuz AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliyanın Palermo şəhərində İtaliya, oktyabrın 13-də isə Xorvatiyanın Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə çağırılıb. Baş məşqçi Berti Foqtsun 25 futbolçuya dəvət göndərdiyi siyahıda adları olan Nazarovla İlter artıq Frankfurtda hazırlıqlara başlayıblar.

0