“Dorinel Muntyanu düzgün qərar verib və onun Azərbaycana gedişini dəstəkləyirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin sabiq rumıniyalı futbolçusu Adrian Neaqa deyib.
Artıq karyerasını başa vuran yarımmüdafiəçi Dorinel Muntyanunun “Qəbələ”nin baş məşqçisi təyin olunması ilə bağlı fikirlərini açıqlayıb. 2009-cu ilin yayından 2010-cu ilin mayınadək Bakı təmsilçisinin şərəfini qoruyan Neaqa bildirib ki, Azərbaycan klubları yaxşı maliyyə dayaqlarına malikdirlər: “Mən “Neftçi”də çıxış etdiyimdən deyə bilərəm ki, bu ölkənin klubları yaxşı imkana malikdirlər. Azərbaycan çempionatı da hazırda yüksəliş dövrünü yaşayır. Muntyanunun “Qəbələ” ilə uğurlu nəticələr əldə edəcəyinə əminəm”.