Nəhənglərin türk futbolçu uğrunda mübarizəsi
28.03.2014 - 01:15
İtaliyanın “Napoli” futbol klubu türk əsilli futbolçu İlkay Gündoğanla maraqlanır. Apasport.az saytının məlumatına görə, artıq klub nümayəndələri ilə 23 yaşlı yarımmüdafiəçi arasında danışıqlar gedir.
Amma “Napoli” Gündoğan uğrunda ciddi mübarizə aparmalı olacaq. Çünki Dortmund “Borussiya”sının və Almaniya millisinin oyunçusu ilə “Yuventus” və “Mançester Yunayted” də maraqlanır. Gündoğan bu mövsüm zədə səbəbindən Almaniya çempionatında cəmi 1 oyuna çıxıb.
0
0