“Mançester Siti”nin 27 yaşlı yarımmüdafiəçisi Samir Nəsri Fransa millisinin heyətində karyerasını başa vurmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, futbolçu dəqiq tarixi bir qədər sonra elan edəcək.
Nəsri “Daily Mail”ə müsahibəsində Fransa yığmasındakı gələcəyi ilə bağlı planının olduğunu vurğulayıb: “Mən qərarım bir qədər sonra elan edəcəyəm. Açığını deyim ki, bu qərarı qəbul etmək çətin olub”.
Samir Nəsri 2007-ci ildən Fransa millisinin heyətində çıxış edib və ümumilikdə yığmada 42 oyuna çıxaraq 7 qol vurub. Amma baş məşqçi Didye Deşam futbolçunu 2014-cü ildə Fransada keçirilən dünya çempionatına aparmayıb.