Neymar “Barselona” rəhbərliyindən xəbərdarlıq aldı
05.08.2014 - 20:58
Neymar “Barselona” rəhbərliyindən xəbərdarlıq aldı

 

“Barselona”nın braziliyalı hücumçusu Neymar klub rəhbərliyi tərəfindən xəbərdarlıq alıb. Apasport.az saytının məlumatına görə, buna futbolçunun sosial şəbəkədəki davranışı səbəb olub.

 

Futbolçu dünya çempionatı başa çatandan sonra İbitsa kurortunda necə dincəldiyi ilə bağlı şəkillərini sosial şəbəkədə yerləşdirib. O, kurortda vaxtını top-model və aktrisa Peris Hiltonla bir yerdə keçirib.

 

“Barselona” rəhbərliyi isə Neymardan diqqətini zədəsinin sağaldılmasına yönəltməyi tələb edib. Bundan əlavə, futbolçudan asudə vaxtını necə keçirtdiyini sosial şəbəkədə reklam etməmək xahiş olunub.