Neymar “Pleyboy”a qarşı məhkəmədə qalib gəldi
27.06.2014 - 19:32
Neymar “Pleyboy”a qarşı məhkəmədə qalib gəldi

 

Braziliyalı futbolçu Neymar “Pleyboy” kişi jurnalına qarşı məhkəmə prosesində qalib gəlib. Apasport.az saytının məlumatına görə, Braziliya məhkəməsi jurnalın iyun buraxılışının satışdan çıxarılması barədə qərar qəbul edib.

 

Məhkəməyə futbolçunun maraqlarını təmin edən “NR Sports” şirkəti müraciət edib. Müraciətdə bildirilir ki, “Pleyboy” futbolçunun şəxsi həyatı ilə bağlı yalan informasiya yayıb.

 

“Pleyboy”un iyun nömrəsinin üz qabığında model Patrisiya Corciyanın şəkli yerləşdirilib, altında isə “Neymarı valeh edən qarabəniz qız” başlığı verilib: “Jurnal nəinki Neymarın şəxsi həyatı ilə bağlı yalan məlumatlar yayıb, eləcə də futbolçunun valideynlərinə məxsus olan, onun adı və şəklinin istifadə edilməsinə yeganə hüququ olan “NR Sports” şirkətinin razılığını almadan, Neymarın adından istifadə edib”.

 

Jurnal məhkəmə qərarından şikayət verə bilər. Amma Apelyasiya məhkəməsi qərar çıxarana qədər, jurnalın iyun nömrəsi satışdan çıxarılmalıdır. Əks halda “Pleyboy” 10 min real (4,5 min dollar) cərimə ödəməlidir.