Neymar: Messi barədə dəhşətli şeylər eşitmişdim
11.06.2014 - 20:31
Neymar: Messi barədə dəhşətli şeylər eşitmişdim

 

“Barselona” klubunun və Braziliya yığmasının hücumçusu Neymar Lionel Messi ilə münasibətləri barədə danışıb. Apasport.az saytının məlumatına görə, futbolçu Argentina yığmasının hücumçusu ilə bağlı yanlış fikirdə olduğunu etiraf edib.

 

“Messi məni bütün mənalarda təəccübləndirdi” - deyə, Neymar qeyd edib: “İspaniyaya gələnə qədər onun barəsində dəhşətli şeylər eşitmişdim. Məsələn, onun özünə qapıldığı və heç kimlə ünsiyyət qurmadığını deyirdilər. İndi isə görürəm ki, hər şey başqa cürdür. Bundan əlavə, dahi olmasına baxmayaraq, sahədən kənarda çox sadədir. Onun insanlarla necə davrandığını görəndə, nə qədər yaxşı adam olduğunu anlayıram”.