Neymar avqusta meydana qayıdacaq
01.08.2014 - 02:29
“Barselona”nın hücumçusu Neymar avqust ayında meydana qayıda bilər. Apasport.az saytının məlumatına görə, futbolçu Meksikanın “Leon” komandasına qarşı yoldaşlıq oyununda oynamaq niyyətindədir.
Neymar zədəsinin müalicəsini davam etdirdiyini vurğulayıb: “Komandama 100 faiz sağlam qayıtmaq istəyirəm. Mən yaxşı mövsüm keçirmək, komanda yoldaşlarıma uğur qazanmaqda kömək etmək istəyirəm. Mən Braziliya yığmasına da kömək etmək istəyirəm. Əminəm ki, avqustun 18-də meydana çıxa biləcəyəm”.
0
0