Neymar bombardirlərin yarışında irəli çıxdı
24.06.2014 - 02:21
Neymar bombardirlərin yarışında irəli çıxdı

 

Braziliya millisinin hücumçusu dünya çempionatında bombardirlərin yarışında önə çıxıb. Apasport.az saytının məlumatına görə, “sambaçı” Kamerunla oyunda aktivinə daha 2 qol yazıb.

 

Bununla da, onun hesabındakı qolların ümumi sayı 4-ə çatıb. Neymar 3 qol vuran Robin van Persi (Hollandiya), Enner Valensiya (Ekvador), Aryen Robben (Hollandiya), Tomas Müller (Almaniya) və Kərim Benzemanı (Fransa) qabaqlayıb.