Neymar Kamerun-Braziliya matçının ən yaxşısıdır
24.06.2014 - 03:58
Neymar Kamerun-Braziliya matçının ən yaxşısıdır

 

Braziliyalı futbolçu Neymar Kamerun-Braziliya matçının ən yaxşısı hesab olunub. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında bildirilir.

 

Neymar 71 dəqiqə meydanda olub və 2 qol vurub. Xatırladaq ki, Braziliya yığması bu oyunda 4:1 hesabı ilə qələbə qazanaraq 1/8 finala yüksəlib.