“Barselona”nın və Braziliya yığmasının futbolçusu Neymar cəzalandırıla bilər. Apasport.az saytının məlumatına görə, buna ulduz oyunçunun icazəsiz olaraq alt paltarı şirkətini reklam etməsidir.
Neymar “Atletiko Madrid”lə son oyun zamanı köynəyini qaldıraraq alt tumanını nümayiş etdirib. Tuman isə braziliyalının tezliklə müqavilə bağlamalı olduğu şirkətə aid olub. Milyonlarla televiziya tamaşaçısının gözü önündə edilən bu hərəkət bir neçə dəfə təkrarlanıb. Bundan dərhal sonra Maliyyə və Rəqabət İdarəsinin rəqabət bölümü futbolçuya xəbərdarlıq edib. Neymarın digər oyunlarda da bu hərəkəti təkrar etməsi maliyyə bölümünün işə qarışmasına səbəb olub. Artıq Maliyyə və Rəqabət İdarəsinin Neymarı icazəsiz reklamla bağlı məhkəməyə verməyə hazırlaşdığı bildirilir.
Futbolçuya digər zərbə isə vətəni Braziliyadan gəlib. “Folha de Sao Paulo” qəzeti futbolçunun bu hərəkəti bilərəkdən etdiyini iddia edərək, onun reklam etdiyi alt paltarı şirkətini məhkəməyə verib. Neymar qalmaqalın böyüdüyünü görərək, açıqlama ilə çıxış edib və bunun bilərəkdən deyil, oyun epizodu zamanı atılan addım olduğunu iddia edib.