Neymar zədələnib
10.06.2014 - 05:25
Braziliya yığmasının hücumçusu Neymar son məşq zamanı zədələnib. Apasport.az saytının məlumatına görə, futbolçu ayağını düzgün qoymayıb və ayağı burxulub.
Futbolçu əvvəlcə ayağa dura bilməyib. Ona yoldaşları kömək etnəyə çalışıb. Amma az sonra sərbəst ayağa qalxan fubolçu zədəsini biruzə verməməyə çalışıb. Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari dərhal açıqlama ilə çıxış edərək azarkeşləri sakitləşdirib. O, Neymarın zədəsinin o qədərdə ciddi olmadığını və futbolçunun iyunun 12-də Xorvatiyaya qarşı oyuna 100 faiz hazır olacağını bildirib.
0
0