Nigeriya millisi dünya çempionatlarının final mərhələsində 16 il sonra ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçiləri sonuncu dəfə final mərhələsində 1998-ci ildə qalib gəliblər.
Nigeriya sonuncu dəfə 1998-ci il iyunun 19-da Bolqarıstan üzərində 1:0 hesablı qələbə qazanıb. Bundan sonra isə komandanın uğursuzluq zolağı başlayıb. Nigeriya 1998-ci ildə Paraqvaya (3:1), Danimarkaya (4:1), 2002-ci ildə Argentinaya (1:0), İsveçə (2:1) uduzub, İngiltərə ilə heç-heçə edib (0:0). 2006-cı il çempionatının final mərhələsinə çıxa bilməyən Nigeriya 2010-cu ildə də Argentinaya (1:0) və Yunanıstana (2:1) uduzub, Cənubi Koreya ilə heç-heçə edib (2:2).
Braziliyada keçirilən dünya çempionatının ilk oyununda İranla 0:0 hesablı bərabərliyə nail olan Nigeriya, ikinci oyunda Bosniya və Hersoqovina üzərində 1:0 hesablı qələbə qazanıb.