Niko Kovaç: Yalnız bu halda İtaliyaya qalib gələ bilərik
29.03.2015 - 12:06
Niko Kovaç: Yalnız bu halda İtaliyaya qalib gələ bilərik

“Əla qələbə qazandıq. Amma bu o demək deyil ki, oyundan tam razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.

 

AÇ-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Xorvatiya dünən öz meydanında Norveçə 5:1 hesabı ilə qalib gəlib. Matçla bağlı fikirlərini bildirən Kovaç ilk hissədən narazı qaldığını dilə gətirib: “Oyunun ilk hissəsində tam istədiyim oyunu göstərə bilmədik. Amma fasilədən sonra futbolçular özlərinə gəldilər. Bir qədər də güclənməli, daha yaxşı oyun göstərməliyik. Yalnız bu halda İtaliyaya qalib gələ bilərik. Bizim üçün qrup birinciliyi önəmlidi”.

 

Qeyd edək ki, 5 oyundan sonra 13 xal toplayan Xorvatiya yığması turnir cədvəlinə başçılıq edir.