Nikolay Adam: Oyundan narazı qalmadım
20.02.2015 - 23:27
Nikolay Adam: Oyundan narazı qalmadım

“Ümumilikdə, oyundan narazı qalmadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Nikolay Adam deyib.

 

Təcrübəli mütəxəssis Finlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə heç-heçə (2:2) etmələrinə şərh verib: “İkinci hissədə bütün komanda ilə müdafiə olunan bir rəqibə qarşı oynadıq. Daha səbirlə oynamaq lazım idi. Sonuncu dəqiqədə yol verdiyimiz səhvdən sonra qol buraxdıq. Oyunumuzu təhlil edib növbəti qarşılaşmaya hazırlaşacağıq. Çalışacağıq ki, qələbə qazanaq”. (affa.az)