[b]Nizami Hacıyev “Qəbələ”yə lazım olmadı[/b]
07.08.2014 - 12:53
[b]Nizami Hacıyev “Qəbələ”yə lazım olmadı[/b]

Topaz Premyer Liqasının yeni mövsümü ərəfəsində "Qəbələ" bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi Nizami Hacıyevlə müqaviləni qarşılıqlı razılaşma əsasında xitam verib.

 

2013/14 mövsümünün startından qırmızı-qara formanı geyinən yarımmüdafiəçi “Qəbələ”də son matçını Avropa Liqası turnirində Bosniya və Herseqovina təmsilçisi "Şiroki Briyeq"ə qarşı keçirmişdi.

 

Qeyd edək ki, Nizami ötən mövsüm komandamızın heyətində ölkə çempionatının bürünc medallarına sahib çıxmışdı. Orta sahə oyunçusu “Qəbələ”də ümumilikdə 36 oyun keçirib və 2 qol vurub.

 

Mənbə: gabalafc.az