Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsindəki növbəti rəqibi Norveç ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar iyunun 12-də baş tutacaq qarşılaşmada Tarik Elyunussinin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb Almaniya “Hoffenhaym”ında çıxış edən 27 yaşlı hücumçunun cəzalı duruma düşməsidi. Belə ki, Tarik Xorvatiya ilə dünəınki qarşılaşmada (1:5) 3-cü sarı vərəqəsini alıb. O, 2014-cü il oktyabrın 13-də Bolqarıstan, noyabrın 16-da Azərbaycanla qarşılaşmalarda da xəbərdarlıqla cəzalanmışdı.
Qeyd edək ki, cəzalı futbolçu cari seçmə mərhələnin 5 oyununda 1 qol vurub.