Növbəti mövsümün start günü müəyyənləşdi
30.05.2015 - 16:42
İspaniya çempionatının yeni mövsümünün başlayacağı tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2015/16 mövsümünə avqustun 15-də start veriləcək.
La Liqanın İcraiyyə Komitəsinin qəbul etdiyi təqvimə əsasən, çempionata gələn il mayın 29-da yekun vurulacaq. Bu təqvim yerli federasiya tərəfindən də təsdiqlənməlidi.
Qeyd edək ki, son İspaniya çempionatında “Real”ı 2 xal qabaqlayan “Barselona” qızıl medallara yiyələnib.
0
0