“Oyuna çox ciddi hazırlaşmışdıq. Çempionatı ölkə kubokuna dəyişmişik və burada əsas məqsəd uğur qazanmaqdır. İlk matçda 0:1 hesabı ilə uduzduğumuzdan bilirdik ki, hökmən ən azı 1 qol vurmalıyıq. Səbirlə oynadıq və əsas vaxtda lazım olan nəticəni təmin etdik. Əlimizə düşən şansdan yararlanıb, cütün taleyini penaltilər seriyasına saxladıq”. Bu sözləri apasport.az saytına “Rəvan” klubunun kapitanı Novruz Məmmədov deyib.
“Rəvan” bu gün Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanıb. 1/4 finalın ilk matçında “Bakı”ya evdə tək qolla yenilən “aslanlar” cavab qarşılaşmasının əsas vaxtında analoji hesabla qalib gəlib. Əlavə vaxtda tərəflərdən heç biri rəqib qapısına yol tapa bilmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Lotereyada bəxti gətirən tərəf isə “Rəvan” olub. Matçdan sonra fikirlərini bölüşən Məmmədov həlledici zərbəni öz istəyi ilə yerinə yetirdiyini söyləyib: “Bilirdik ki, əsas qol vurub, qapımızı toxunulmaz saxlamaqdır. Bunu bacardıq. Baş məşqçimizin verdiyi tapşırıqları düzgün yerinə yetirib, şansımızı gözlədik. Qorxaq futbol oynamadıq. Düzgün dəyişikliklərdən sonra irəli atılıb, lazım olan qolu vurduq. Penaltilər seriyasında həlledici zərbəni vurmağıma gəlincə, mənə növbə çatacağını gözləmirdim. Məşqlərdə ən çox penalti vuran mən idim. Amma penaltilər seriyası çatanda istəmədim. Hətta, növbə digər oyunçulara çatanda Orxan Lalayevə dedim ki, sən get. Lukaş Sapela Marius Penanın zərbəsini dəf edəndə isə bildirdim ki, həlledici zərbəni özüm vuracağam. Xoşbəxtlikdən zərbəm dəqiq oldu və yarımfinala yüksəldik. Düşünürəm ki, bugünkü oyunu nümayiş etdirə bilsək, kuboku qazanarıq”.
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər