[b]Nuru Əliyevin komandası məhkəməyə verilir[/b]
09.06.2014 - 16:38
[b]Nuru Əliyevin komandası məhkəməyə verilir[/b]

“Savankulov transfer vərəqəsini hələ bizdən istəməyib”. Bunu apasport.az saytına açıqlamasında “Rəvan” klubunun mətbuat xidmətinin rəhbəri Şamo Quliyev deyib.

 

Sabiq mərkəz müdafiəçiləri Sahib Savanqulovun FİFA-ya şikayət etməsinə münasibət bildirən Quliyev bildirib ki, tacikistanlı legioner öncə kluba müraciət yollamalıdır.

 

“Transfer vərəqəsini almaq üçün əvvəlcə FİFA-ya yox, kluba müraciət olunmalıdır. Əgər ona bu vərəqə lazımdırsa, kluba rəsmi şəkildə müraciət etsin. Komanda onun transfer vərəqini özünə verəcək” – deyə, Quliyev bildirib.

 

Ötən yay “Rəvan”a Düşənbə “İstiqlal”ından keçən Savanqulov Topaz Premyer Liqasında 7 oyuna 1 qol vurub. O, həmin qolu “Xəzər Lənkəran”la görüşdə rəqib qapısından keçirib. 

 

Qeyd edək ki, “Rəvan” klubunun sahibi Nuru Əliyevdir.