Oğuz Çətin: “Bursaspor” da onun transferində israrlıdır
21.06.2014 - 15:08
Oğuz Çətin: “Bursaspor” da onun transferində israrlıdır

“Aminu Umarının adını transfer üçün rəhbərliyə təqdim etmişəm”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

Türkiyəli mütəxəssis “Samsunspor”un nigeriyalı futbolçusunun keçidinin heç də asan başa gəlməyəcəyini bildirib: “Onun transferi heç də asan başa gəlməyəcək. Çünki “Bursaspor” və bir çox iddialı klublar da Aminunun transferində israrlıdır. Amma biz də onu heyətimizdə görmək istəyirik”.