Oğuz Çetin: Mövsümü yaxşı yerdə bitirmək istəyirik
07.05.2014 - 20:08
Oğuz Çetin: Mövsümü yaxşı yerdə bitirmək istəyirik

 

“Xəzər Lənkəran” klubunun məşqçisi Oğuz Çetin “Sumqayıt” üzərində qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis qalan oyunları da ən yaxşı şəkildə oynamaq və qələbə qazanmağın çox vacib olduğunu vurğulayıb: “Rəvan”la oyunda olduğu kimi, bu gün də ilk hissədə, xüsusən də ilk 20-25 dəqiqə çox yaxşı oynadıq. Layiq olduğumuz nəticəni əldə etdik. Hesab daha da böyük ola bilərdi. Amma mənim üçün vacib olan futbolçuların verilən tapşırığı yerinə yetirməsi, oyundan zövq alması və azarkeşlərə zövq yaşatmasıdır. Qarşıda iki oyunumuz var. “Simurq” və “Qarabağ”la oyunlarda da yaxşı oynayıb, mövsümü yaxşı yerdə bitirmək istəyirik”.