Ölkəmizdən ayrılıb, “Xəzər Lənkəran”ın sabiq məşqçisinin yanına getdi
03.06.2014 - 17:58
“Simurq”la müqaviləsi başa çatdığı üçün ölkəmizi tərk edən Raul Kostin özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, Kostin 1 illik Azərbaycan karyerasının ardından yenidən vətəni Rumıniyada çıxış edəcək.
29 yaşlı mərkəz yarımmüdafiəçisi Kluj “Universitatya”sı ilə müqavilə bağlayıb. O, 2 illiyə “tələbə” olub.
Qeyd edək ki, ötən mövsümü XI pillədə başa vuran Kluj-Napoka təmsilçisini “Xəzər Lənkəran”ın sabiq məşqçisi Mihay Teja çalışdırır.
0
0